Türkiyə genişmiqyaslı əməliyyata başladı! 841 nəfər həbs olundu


Türkiyənin ədliyyə naziri Akın Gürlek mütəşəkkil cinayətkarlığa qarşı ölkə üzrə genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, əməliyyatlar nəticəsində ümumilikdə 841 şübhəli barəsində məhkəmə prosesi başlanıb.

Nazir sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Gürlek qeyd edib ki, iyunun 18-də keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilən qərarlara uyğun olaraq, "Mütəşəkkil Cinayətkarlıq Təşkilatlarına Qarşı Mübarizə" ilə bağlı sirkulyar ölkənin bütün 81 vilayətində fəaliyyət göstərən 175 Ağır Cinayətlər üzrə Baş Prokurorluğa göndərilib. Sənəd əsasında bütün vilayətlərdə eyni vaxtda genişmiqyaslı əməliyyatlara start verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ