İranın ABŞ ilə danışıqları bərpa etməzdən əvvəl Livandakı hərbi əməliyyatların dayandırılacağına dair zəmanət tələb etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, CNN-in məsələ ilə tanış olan diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, Tehran İsveçrədə keçirilməsi planlaşdırılan görüşlərdən əvvəl Livandakı münaqişənin başa çatacağı ilə bağlı təminat almaq istəyir.
Mənbənin sözlərinə görə, İran tərəfi imzalanmış razılaşmada nəzərdə tutulduğu kimi Livanda hərbi əməliyyatların dayandırılacağına dair zəmanət tələb edib. Hazırda vasitəçilər bu məsələ ilə bağlı tərəflər arasında danışıqları davam etdirirlər.
Diplomat qeyd edib ki, İsrailin Livandakı hücumlarının davam etməsi səbəbindən planlaşdırılan görüşlər hələlik təxirə salınıb. Bununla belə, danışıqların nə vaxt bərpa olunacağı ilə bağlı konkret tarix açıqlanmayıb.
Aytən Yaşar/ Turkustan.az