İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...


Azərbaycanın keçmiş xarici işlər naziri Oqtay Zülfüqarov sosial şəbəkədə İranla bağlı diqqətçəkən paylaşım edib.

Turkustan.az xəbər verir ki, o, Versalda memorandumun imzalandığı günü Qarbaçovla Reyqan arasındakı tarixi görüşlə müqayisə edib.

"Versalda memorandumun imzalandığı günü birlikdə xatırlayaq.

Bu ona görə lazımdır ki, bu gün az adam Qorbaçovla Reyqanın Maltadakı tarixi görüşünün nəinki günü, hətta ilini xatırlayır.

Bir şey aydındır: İranın çoxdan gözlənilən “perestroyka”sı başlayıb. Ola bilsin ki, DTK SSRİ-də Xalq Cəbhələrinin qurucusu olduğu kimi, İİKK İranın yenidənqurmasının “ustaları” olacaq. Axı pişiyin hansı rəngdə olmasının əhəmiyyəti yoxdur, yetər ki, siçan tutsun.", - sabiq nazir bildirib./publika.az


MANŞET XƏBƏRLƏRİ