İran ABŞ-dan 6 milyard dollarlıq mal alacaq - KİV


ABŞ və İran arasında anlaşma memorandumuna əsasən, Tramp administrasiyası Tehrana ABŞ-dan humanitar və sanksiyasız mallar almaq üçün dondurulmuş 6 milyard dollarlıq neft gəlirlərinə çıxış imkanı verəcək.

Turkustan.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti məsələ ilə tanış olan diplomatlata istinadla məlumat yayıb.

"Tramp Bayden administrasiyasının qüsurlu müqaviləsini ləğv etdi, satışları humanitar və sanksiyasız mallarla məhdudlaşdırdı və pulun Amerika məhsullarına xərclənməsini təmin etdi. Bu, hər iki tərəf üçün faydalı bir vəziyyətdir. İranlılar xalqlarına lazım olan humanitar malları alırlar və İranın pulu ABŞ fermerlərini dəstəkləmək üçün istifadə olunur ", - diplomat bildirib./axar.az


MANŞET XƏBƏRLƏRİ