Tramp: İran bitdi, bizdən bir sent də ala bilməyəcəklər


ABŞ prezidenti Donald Tramp İsveçrədə İranla keçirilməsi planlaşdırılan danışıqlar öncəsi Tehrana qarşı sərt bəyanatlar səsləndirib.

Turkustan.az xəbər verir ki, Tramp özünün Truth Social platformasında paylaşdığı açıqlamada müharibənin İranın hərbi imkanlarına ciddi zərbə vurduğunu iddia edib. O, İranın hava qüvvələri, donanması, hava hücumundan müdafiə sistemləri və digər hərbi imkanlarının əvvəlki vəziyyətdə olmadığını bildirib.

ABŞ prezidenti bəzi siyasi dairələrin İranın əvvəlkindən daha güclü vəziyyətdə olduğunu iddia etməsini tənqid edərək, bu fikirlərin reallığı əks etdirmədiyini vurğulayıb.

Tramp həmçinin Vaşinqtonun zəif mövqedən çıxış etmədiyini qeyd edərək, danışıqların İranın təşəbbüsü ilə aparıldığını iddia edib.

"İran bitib. Onlar bizdən heç bir pul almayacaqlar. Hətta bir sent belə", – deyə Tramp paylaşımında bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ