SON DƏQİQƏ: İsrail və Hizbullah razılığa gəldi


İsrail və Hizbullah arasında atəşkəs razılaşması əldə olunub və sənəd bu gündən etibarən qüvvəyə minib.

Turkustan.az xəbər verir ki, atəşkəsin qüvvəyə minməsi İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları qarşısındakı əsas maneələrdən birinin aradan qalxması kimi qiymətləndirilir.

ABŞ və İran arasında imzalanan 14 maddəlik anlaşma memorandumunda bölgədə hərbi əməliyyatların dayandırılması, o cümlədən Livanda sabitliyin təmin olunması nəzərdə tutulsa da, son günlər İsrailin Livan ərazisinə zərbələri davam etmişdi.

Bu məsələ Vaşinqton və Təl-Əviv arasında da fikir ayrılıqlarına səbəb olmuşdu. ABŞ prezidenti Donald Tramp İsrailin Livandakı hərbi fəaliyyətinə görə narazılığını ifadə etmiş, bu məsələ Baş nazir Benyamin Netanyahu ilə münasibətlərdə gərginliyi artırmışdı.

Yeni atəşkəs razılaşmasının bölgədə vəziyyətin sabitləşməsinə və diplomatik prosesin irəliləməsinə töhfə verəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ