İsraildə ABŞ ilə gərginlik: silah embarqosu narahatlığı artır


İsraildə ABŞ-İran razılaşmasından sonra Vaşinqton administrasiyası ilə münasibətlərin gərginləşməsi fonunda silah embarqosu ehtimalı ilə bağlı narahatlıqlar artıb.

Turkustan.az xəbər verir ki, İsrailin "Maariv" qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın İranla imzalanan anlaşma memorandumundan sonra Cənubi Livan və Suriyanın Hermon dağı bölgəsindəki hərbi mövqelərin boşaldılması üçün İsrailə təzyiqi artıracağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında son dövrlərdə açıq şəkildə müşahidə olunan fikir ayrılıqlarının iki ölkə münasibətlərində ciddi gərginlik yaratdığı bildirilir. Trampın İsrailin Livan siyasətini tənqid etməsi və Netanyahunu hədəf alan açıqlamaları bu gərginliyi daha da artırıb.

İsrail rəsmiləri hesab edirlər ki, Vaşinqtondan gələn mesajlar yalnız siyasi bəyanatlarla məhdudlaşmaya bilər və İsrail ABŞ tələblərini yerinə yetirməzsə, konkret addımlar atıla bilər.

Məlumata görə, ABŞ-ın tələbləri arasında İsrailin Livanın cənubundan və Suriyanın cənubundakı bəzi strateji yüksəkliklərdən geri çəkilməsi, həmçinin İranla aparılan diplomatik prosesə təsir edə biləcək hərbi fəaliyyətlərin azaldılması yer alır. Əks halda, Vaşinqtonun İsrailə silah tədarükünü məhdudlaşdırması və ya dayandırması kimi addımlar ata biləcəyi istisna edilmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ