Fransa hökuməti ABŞ-İran razılaşmasına baxmayaraq, İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsini tənqid edib və Vaşinqtonu İsrail hökumətinə atəşkəsə riayət olunması üçün təzyiq göstərməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot "France Info" kanalına müsahibəsində ABŞ-İran razılaşması və Livandakı son vəziyyəti şərh edib.
Barrot bildirib ki, razılaşma çərçivəsində Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün Böyük Britaniya və Fransanın rəhbərliyi ilə yaradılan missiya hazır vəziyyətdədir. Onun sözlərinə görə, bu missiya tam müdafiə xarakteri daşıyır və münaqişə tərəflərindən kənarda fəaliyyət göstərəcək.
Fransalı nazir eyni zamanda İsrailin Livanda hücumlarını davam etdirməsini tənqid edərək, atəşkəs razılaşmasının şərtlərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Barrot qeyd edib: “Bu razılaşmanın ilk bəndi Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasıdır. İsrail hökuməti buna riayət etməlidir.”
Aytən Yaşar/ Turkustan.az