Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Lerik şəhəri V. İbrahimov adına İnterqrasiya təlimli internat tipli gimnaziyada maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə 6-10 yaş arasında olan 100-dən çox şagird iştirak edib. Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Tehran Höccətov qonaqları salamlayaraq, uşaqların erkən yaşlardan hüquqi biliklərə yiyələnməsinin vacibliyini vurğulayıb və belə maarifləndirici təşəbbüslərin məktəblilər üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri, layihənin rəhbəri Sevinc Fədai çıxış edərək bildirib ki, Konstitusiya yalnız hüquqşünaslar üçün deyil, hər bir vətəndaş, o cümlədən uşaqlar üçün vacib olan dəyərlər toplusudur. O qeyd edib ki, layihənin məqsədi uşaqlarda hüquqi savadlılığı artırmaq, onların hüquq və vəzifələri barədə məlumatlılığını gücləndirmək, həmçinin vətəndaşlıq məsuliyyəti hissini formalaşdırmaqdır.

Layihənin eksperti, yazıçı-jurnalist Tural Cəfərov uşaqlarla səmimi söhbət apararaq Konstitusiyanın mahiyyəti, xalq hakimiyyəti, vətəndaşların əsas hüquq və vəzifələri barədə sadə və maraqlı nümunələrlə məlumat verib. O, hüquqi biliklərin uşaqlara onların anlayacağı dildə çatdırılmasının vacibliyini vurğulayıb.

Tural Cəfərovun çıxışından sonra layihə çərçivəsində hazırlanmış, Konstitusiyada təsbit olunan insan hüquq və azadlıqlarını uşaqlar üçün sadə və anlaşıqlı şəkildə izah edən "İnsan hüquq və azadlıqları” mövzusunda videoçarx nümayiş etdirilib. Uşaqlar tərəfindən böyük maraqla qarşılanan videoçarx hüquq anlayışlarının onların gündəlik həyatı ilə əlaqələndirilərək təqdim olunmasına imkan yaradıb.

Tədbirin ən maraqlı hissəsində metodist, xüsusi pedaqoq Vüsalə Mustafayeva tərəfindən uşaqlar üçün interaktiv məşğələlər təşkil olunub. Hüquq və vəzifələr mövzusu müxtəlif oyunlar, sual-cavablar və yaradıcı tapşırıqlar vasitəsilə izah edilib. Əyləncəli və interaktiv üsullar uşaqların mövzuya marağını artırmaqla yanaşı, onların əldə etdikləri bilikləri daha yaxşı mənimsəmələrinə şərait yaradıb.

Sonda şagirdlərin sualları cavablandırılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və layihə çərçivəsində hazırlanmış materiallar barədə məlumat verilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan hüquq və vəzifələri uşaqlara onların yaş xüsusiyyətlərinə uyğun, sadə və anlaşıqlı formada çatdırmaq, hüquq mədəniyyətinin formalaşmasına töhfə verməkdir. "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya müddəalarının uşaqlar üçün sadə dildə izah olunduğu məqalələr, videoçarxlar və digər maarifləndirici materiallar hazırlanır, müxtəlif təhsil müəssisələrind maarifləndirici tədbirlər keçirilir. Layihə uşaqlarda hüquqi savadlılığın artırılmasına və vətəndaşlıq dəyərlərinin formalaşdırılmasına xidmət edir.

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə

Lerikdə


MANŞET XƏBƏRLƏRİ