Dünən Hörmüz boğazından ən azı 25 gəmi keçib - CNN


ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı əldə olunan razılaşmadan sonra bölgədə dəniz nəqliyyatı nəzərəçarpacaq dərəcədə artıb.

Turkustan.az xəbər verir ki, CNN-in AXSMarine dəniz kəşfiyyatı şirkətinə istinadən verdiyi məlumata görə, cümə axşamı Hörmüz boğazından 25 ticarət gəmisi keçib. Bu göstərici aprelin 18-dən bəri qeydə alınan ən yüksək gündəlik nəticə hesab olunur.

Şirkətin məlumatına əsasən, bir gündə qeydə alınan 25 tranzit iyun ayının ilk 10 günündəki orta gündəlik göstəricidən təxminən beş dəfə çoxdur.

Bununla belə, gəmi hərəkəti hələ də münaqişədən əvvəlki səviyyəyə çatmayıb. Belə ki, gərginlikdən əvvəl Hörmüz boğazından gündə orta hesabla 110 ticarət gəmisi keçirdi.

Mütəxəssislər hesab edirlər ki, təhlükəsizliklə bağlı risklərin azalması və dəniz marşrutunun yenidən açılması tranzit həcmlərinin tədricən bərpa olunmasına şərait yarada bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ