Sırski: Ukrayna qüvvələri 600 kvadrat kilometrdən çox ərazini azad edib


İlin əvvəlindən bəri Ukrayna Müdafiə Qüvvələri 600 kvadrat kilometrdən çox ərazini Rusiya işğalından azad edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Aleksandr Sırski “Facebook” hesabında məlumat yayıb.

Sırski bildirib ki, Ukrayna ordusu düşmənin davamlı təzyiqinə baxmayaraq, müdafiə mövqelərini möhkəmləndirir, işğalçı qüvvələrə itkilər yaşadır və əməliyyat-strateji dərinlikdə effektiv zərbələr endirir. O, bu nəticələrin may ayında keçirilən iclasda da müzakirə olunduğunu qeyd edib.

Baş komandanın sözlərinə görə, cəbhə xəttində vəziyyət mürəkkəb və dinamik olaraq qalır. Rusiya qüvvələri Ukraynanın şərq və cənub istiqamətlərində irəliləməyə cəhdlərini davam etdirir, döyüşlərin intensivliyi isə artıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ