ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun Hörmüz boğazında dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaradan dörd İran pilotsuz təyyarəsini vurduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Mərkəzi Komandanlıq (CENTCOM) məsələ ilə bağlı X sosial media hesabında açıqlama yayıb. Bəyanatda ABŞ ordusunun Hörmüz boğazında regional dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaradan dörd İran pilotsuz təyyarəsini vurduğu bildirilib.
Bəyanatda ABŞ ordusunun həmçinin "daha çox hücuma qarşı müdafiə məqsədilə" Goruk bölgəsində və Qeşm adasında İran sahil müşahidə radar qurğularına zərbələr endirdiyi və "Amerika qüvvələrinin ədalətsiz İran təcavüzünə qarşı özünümüdafiə üçün hazırlıq vəziyyətində olduğu" qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az