Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin son bəyanatlarına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski axşam müraciətində Moskvanın mövqeyini tənqid edərək, bunun münaqişənin davam etdirilməsi niyyətindən xəbər verdiyini deyib.
Ukrayna liderinin sözlərinə görə, Putinin açıqlamaları sülhə doğru addım deyil və müharibənin dayandırılması istiqamətində real iradə nümayiş etdirmir.
Zelenski qeyd edib ki, bu mövqe beynəlxalq ictimaiyyətdə də məyusluq doğurub. O, Rusiyanın davranışının dəyişməsi üçün siyasi və iqtisadi təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.
Ukrayna Prezidenti həmçinin bildirib ki, Rusiyanın müharibəni davam etdirmək imkanlarının məhdudlaşdırılması üçün daha sərt tədbirlərə ehtiyac var.
Aytən Yaşar/ Turkustan.az