Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanın gələcəkdə NATO üçün birbaşa təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Starmer Britaniya kəşfiyyatının və digər NATO ölkələrinin qiymətləndirmələrinə istinad edərək Rusiyanın alyansa mümkün hücumunun 2030-cu ilə qədər baş verə biləcəyini bildirib.
“Bizim kəşfiyyatımızın, eləcə də NATO ölkələrinin qiymətləndirməsinə görə, Rusiyanın alyansa hücumu artıq 2030-cu ildə baş verə bilər”, – deyə o vurğulayıb.
Britaniya Baş naziri əlavə edib ki, dünya əvvəlki dövrlərlə müqayisədə daha təhlükəli və qeyri-sabit mərhələdən keçir.
“Daha təhlükəli və qeyri-sabit dövrdə yaşadığımızı demək şişirtmə olmaz. Mənim əsas vəzifəm ölkəmizi təhlükəsiz saxlamaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir”, – deyə Starmer bildirib. /modern.az/