Test nəticələri bəlli oldu: məşhurların analiz cavabları açıqlandı


Türkiyədə məşhur şəxslərin adlarının keçdiyi narkotik istintaqı ilə bağlı mühüm irəliləyiş əldə olunub.

Turkustan.az xəbər verir ki, məhkəmə Tibb İnstitutu (ATK) tərəfindən hazırlanan ekspertiza rəyi ictimaiyyətə açıqlanıb.

İstintaq çərçivəsində şübhəli şəxslərdən götürülən qan, sidik və saç nümunələri laboratoriyada ayrı-ayrılıqda analiz edilib. Hazırlanan hesabatda hansı şəxslərdə maddə izlərinin aşkarlandığı, hansılarının isə təmiz nəticə verdiyi göstərilib.

Hesabata əsasən, bir sıra tanınmış şəxslərin analiz nəticələri mənfi çıxıb və nümunələrində narkotik maddə izinə rast gəlinməyib.

Təmiz nəticə əldə edilən şəxslər arasında aşağıdakılar yer alır:

Tuğçe Postoğlu – qan, sidik və saç nümunələrində narkotik izinə rast gəlinməyib.
Cansu Tekin – analiz nəticələri mənfi çıxıb.
Berkay Şahin – analiz nəticələri mənfi olub.
Mirgün Sırrı Cabas – narkotik maddə izinə rast gəlinməyib.
Serenay Sarıkaya – qan, sidik və saç nümunələrində narkotik maddə aşkarlanmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ