Rusiya lideri Ukraynadakı vəziyyətlə bağlı açıqlamasında Zelenskinin görüş keçirmək istədiyini bildirsə də, hazırkı şəraitdə belə bir görüşün mənalı olmayacağını söyləyib.
Turkustan.az xəbər verir ki, Putin uzunmüddətli və davamlı sülh sazişinin vacibliyini vurğulayaraq, əsas diqqətin münaqişənin həllinə yönəldilməsinin zəruri olduğunu qeyd edib.
Ukraynanın həyata keçirdiyi hücumlara da münasibət bildirən Rusiya prezidenti deyib ki, infrastruktur obyektlərinə edilən zərbələr müəyyən ziyan vursa da, bu vəziyyət ölkənin hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsini zəruri edir.
Putin həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara toxunaraq bildirib ki, bu məhdudiyyətlər sonda onları tətbiq edən ölkələrə də mənfi təsir göstərəcək.
"Onlar bizim 300 milyard dollarlıq aktivlərimizi dondurublar. Lakin Rusiyanın ehtiyatları 500 milyard dolları ötür", – deyə Putin qeyd edib.
Get smarter responses, upload files and images, and
Aytən Yaşar/ Turkustan.az