Paşinyandan Qarabağ ermənilərinə çağırış: “Siz qaçqın deyilsiniz”


İrəvanda seçkiqabağı mitinqdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş şəxslərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Paşinyan Ermənistanda fəaliyyət göstərən məhkəmə-hüquq mafiyasını tənqid edərək, bunun xalqın əsəbləri ilə oynadığını bildirib.

O deyib ki, müstəqil məhkəmə sisteminin mövcudluğunu vacib hesab etsə də, Ermənistanda ədalətin xalq üçün görünən, anlaşılan və qəbul edilən hala gətirilməsi hələ də mümkün olmayıb.

Paşinyanın sözlərinə görə, bunun əsas səbəblərindən biri Ermənistan Konstitusiyasıdır. O bildirib ki, Konstitusiya xalq tərəfindən qəbul edilməyib və müxtəlif mafioz strukturlar tərəfindən qorunur.

Qarabağdan köçmüş ermənilərə müraciət edən Paşinyan bildirib ki, onlar Ermənistanda kirayəçi deyil, bu dövlətin və vətənin sahibləridir.

O bildirib ki, Qarabağın və Ermənistanın saxta elitası həmin insanları illərlə girov vəziyyətində saxlayıb, indi isə onları köçkün və qaçqın statusunda saxlamağa çalışır.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti növbəti 10 il ərzində Qarabağdan köçmüş şəxslərin ölkədə məskunlaşması və inteqrasiyası üçün 800 milyard dramdan çox vəsait ayırmağı planlaşdırır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ