Ukraynadan 186 nəfər Rusiya əsirliyindən geri qaytarılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram hesabında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, azad edilənlər arasında 185 hərbçi və bir mülki şəxs var.
“Bu gün daha 185 ukraynalı müdafiəçi Rusiya əsirliyindən evə qayıdır. Onlarla birlikdə bir mülki şəxs də azad edilib. Azad olunanlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin hərbçiləridir. Onların arasında əsgərlər, çavuşlar və zabitlər var”, – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, geri qaytarılan şəxslər Mariupol və Azovstalın müdafiəsində, həmçinin Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sumı, Kiyev və Kursk istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər.
Zelenski əsirlərin azad olunmasına görə danışıqlarda iştirak edən hər kəsə təşəkkür edib və Ukraynanın bütün əsirlərin geri qaytarılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az