Bu ölkədə tarixi bir addım! Qadınlar hərbi xidmətə başladılar


Yunanıstanda qadınlar ilk dəfə olaraq hərbi xidmətə könüllü olaraq başlayıblar.

Turkustan.az xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən yeni proqram çərçivəsində ilk mərhələdə 72 qadın orduya qoşulub və proqramın gələcəkdə genişləndirilməsi planlaşdırılır.

Yunanıstan müdafiə siyasətində tarixi bir addım atdı. Əvvəllər yalnız peşəkar işə qəbul və hərbi akademiyalar vasitəsilə orduda xidmət edə bilən qadınlar ilk dəfə olaraq könüllü hərbi proqramın bir hissəsi olaraq silahlı qüvvələrə qoşulmağa başlayıblar.

Yeni qayda 20-26 yaş arası qadınlara 12 ay müddətində könüllü olaraq hərbi xidmətə getmək hüququ verir. Proqrama qəbul edilən qadınlar kişi əsgərlərlə eyni təlim keçəcək və eyni qaydalara tabe olacaqlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ