Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı açıqlama


Moskva Azov dənizində “Natra” və “Zirkon” gəmilərində həlak olan dənizçilərin ailələrinə, dostlarına başsağlığı verir və hadisənin səbəblərini araşdırır.

Turkustan.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Hadisənin baş vermə səbəbləri araşdırılır”, - o bildirib.

Qeyd edək ki, azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu baş verib. Nəticədə 5 azərbaycanlı ölüb, 3 nəfər yaralanıb. Yaralılar Rusiyanın Yeysk şəhər xəstəxanasına yerləşdirilib./axar.az


MANŞET XƏBƏRLƏRİ