Krımın qərbində, Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum edilib.
Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, nəticədə gəmidə olan bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Qeyd edək ki, bu gün azərbaycanlıların idarə etdiyi iki yük gəmisinə hücum edilib, 5 azərbaycanlı ölüb, 4 nəfər yaralanıb. /axar.az/