İran: ABŞ gəmilərinə dronla xəbərdarlıq etdik


İran ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində "ticarət gəmilərinə və neft tankerlərinə hücumlarından" sonra raket və dronlardan istifadə edərək xəbərdarlıqlar etdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi Oman körfəzində ABŞ esmineslərinə edilən hücumla bağlı açıqlama yayıb.

Bəyanatda ABŞ Hərbi Dəniz Qüvvələrinin "ticarət gəmilərinə və neft tankerlərinə hücumlara qarşı" əməliyyatlar çərçivəsində raket və dronlardan istifadə edərək xəbərdarlıqlar verdiyi bildirilir.

Xəbərdarlıq atəşlərindən sonra ABŞ esmineslərinin Ərəbistan dənizindən Hind okeanına doğru hərəkət etdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ