Lukaşenkodan ermənilərə xəbərdarlıq – 44 günlük müharibəyə işarə


“Ermənistan xalqı Rusiya ilə Avropa arasında seçim edərkən ehtiyatlı olmalıdır”.

Turkustan.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Ermənistan yanlış addım atacağı təqdirdə Ukraynada baş verən hadisələrin təkrarlanması riski ilə üzləşə bilər.

Lukaşenko qeyd edib ki, Ukraynada yaşanan proseslər də vaxtilə məhz oxşar şəkildə başlayıb.

“Bunu xatırlayırsınız. Müharibədən yeni çıxmış ermənilər bu səbəbdən ağır vəziyyətə düşməməlidirlər. Tələsmək lazım deyil. Sadəcə düşünmək, müdrik olmaq lazımdır”.

Belarus Prezidenti hesab edir ki, Ermənistan xalqı Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməzdən əvvəl məsələni çox ciddi şəkildə qiymətləndirməlidir:

“Onlara yalnız bunu tövsiyə edirəm. Xalq öz sözünü deyəcək və biz də həmin qərara hörmətlə yanaşacağıq”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ