İtaliya Hörmüz boğazına mina ovçu gəmiləri göndərdi


İtaliya mətbuatında yayılan məlumata görə, ölkə Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin olunmasına yönəlmiş mümkün beynəlxalq missiyada iştirak etmək məqsədilə iki mina ovçu gəmisini regiona göndərib.

Turkustan.az xəbər verir ki, ANSA-nın mənbələrə istinadən verdiyi xəbərdə bildirilir ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı və hazırda müvəqqəti atəşkəs mərhələsində olan qarşıdurmada daimi sülh əldə edilərsə, İtaliya Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mina təmizləmə əməliyyatları həyata keçirəcək.

Məlumata əsasən, “Crotone” və “Rimini” mina ovçu gəmiləri Siciliya adasındakı Auqusta limanından yola düşərək Hörmüz boğazına istiqamət alıb. Gəmilərin əvvəlcə Süveyş kanalından keçərək Qırmızı dənizə, daha sonra isə Cibutiyə çatacağı qeyd olunur.

Guido Crosetto mayın 13-də Senatın xarici işlər və müdafiə komitələrinin birgə iclasında bildirib ki, bölgədə sabitlik təmin olunacağı təqdirdə, Hörmüz boğazı və Körfəz bölgəsinə hərbi gəmilərin göndərilməsi təxminən bir ay vaxt aparacaq.

Nazir əlavə edib: “Ehtiyat tədbiri olaraq, boğaza daha yaxın mövqedə iki mina ovçu gəmisinin yerləşdirilməsinə hazırlaşırıq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ