İsrail qüvvələri Qəzzada yüksək vəzifəli məmura hücum etdi


İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza şəhərinə endirdiyi hava zərbəsi HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının yüksək vəzifəli komandirlərindən biri hesab edilən İzzəddin əl-Həddadı hədəf alıb.

Turkustan.az xəbər verir ki, Katz ABŞ-də yerləşən X sosial şəbəkəsində paylaşdığı açıqlamada əmrin Baş nazir Binyamin Netanyahu ilə birlikdə verildiyini qeyd edib. O, hücumun məqsədinin əl-Həddadı zərərsizləşdirmək olduğunu iddia edib.

Sosial mediada yayılan görüntülərdə hücum nəticəsində zədələnmiş və yanmış binanın əks olunduğu görünür.

Katz daha əvvəl də HƏMAS liderlərindən Xəlil əl-Həyya və İzzəddin əl-Həddadı sui-qəsdlə hədələmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ