Tramp: İrandakı hər şeyi iki günə məhv edə bilərik


ABŞ prezidenti Donald Tramp Tehranın müqavimətini qiymətləndirmədiyini, lakin istəsələr "İranın infrastrukturunu iki günə məhv edə biləcəklərini" iddia edib.

Turkustan.az
xəbər verir ki, Çinə səfərinin nəticələrini hiss etməyə davam edən ABŞ prezidenti Tramp, Fox News-a verdiyi müsahibədə İran məsələsini müzakirə edib.

Tramp İranın müqavimətindən xəbərdar olduğunu və heç nəyə yüngül yanaşmadığını vurğuladı, eyni zamanda istəsələr, qısa müddətdə İrana ciddi ziyan vura biləcəklərini də iddia etdi. İranın bütün infrastrukturuna zərər vermədiyini bildirən Tramp, "İki günə hər şeyi məhv edə bilərik" dedi.

ABŞ prezidenti İranla diplomatiyada təkrarlanan geriləmələrə toxunaraq, "Tehranın danışıqlarda etibarsız və gözlənilməz olduğunu" iddia edib.

Tramp deyib: "Onlar bizə istədiyimiz hər şeyi verəcəkdilər, amma hər dəfə razılaşma əldə etdikdə, ertəsi gün elə davranırlar ki, sanki heç vaxt o söhbətimiz olmayıb. Bu, təxminən beş dəfə baş verib. Onların problemi var."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ