İki ölkə razılığa gəldi! Atəşkəs yenidən uzadıldı


İsrail ilə Livan arasında əldə olunan müvəqqəti atəşkəs rejimi yenidən uzadılıb.

Turkustan.az xəbər verir ki, ABŞ, Təl-Əviv və Beyrut arasında 17 apreldə qüvvəyə minən, əvvəlcə 10 günlük nəzərdə tutulan və daha sonra üç həftə artırılan atəşkəs bu dəfə daha 45 gün müddətinə uzadılıb.

ABŞ Dövlət Departamenti bildirib ki, tərəflər arasında danışıqlar 2 iyunda yenidən davam etdiriləcək.

İsrail ordusu martın 2-də Livanın cənubuna genişmiqyaslı hava hücumları həyata keçirmiş və bir neçə yaşayış məntəqəsinə daxil olmuşdu. Livan hökuməti həmin dövrdə ölkədə məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqlamışdı.

Aprelin 24-də isə Donald Tramp atəşkəsin əlavə üç həftə uzadıldığını elan etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ