ABŞ–İsrail–İran münaqişəsinin təsirləri fonunda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı aprel ayında əvvəlki aya nisbətən 1 milyon 727 min barel azalaraq 18 milyon 983 min barelə düşüb.
Turkustan.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, hasilatdakı ən böyük azalma Səudiyyə Ərəbistanı və Küveytdə qeydə alınıb. Səudiyyə Ərəbistanında gündəlik hasilat 958 min barel azalaraq 6 milyon 768 min barelə, Küveytdə isə 561 min barel azalaraq 600 min barelə düşüb.
İraqda gündəlik hasilat 291 min barel azalaraq 1 milyon 389 min barel, İranda isə 211 min barel azalaraq 2 milyon 854 min barel olub.
Bu dövrdə Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Venesueladə hasilat artım qeydə alınıb.
Beləliklə, OPEC+ qrupunun ümumi gündəlik xam neft hasilatı da 1 milyon 740 min barel azalaraq 33 milyon 190 min barel səviyyəsinə enib.
Aytən Yaşar/ Turkustan.az