Reuters xəbər agentliyi İran münaqişəsi ilə bağlı tənqidi bir hesabat dərc edərək, Səudiyyə Ərəbistanının İrana qarşı elan edilməmiş hava hücumları həyata keçirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, bu hücumlar Səudiyyə Ərəbistanının İrana ilk birbaşa hücumu idi.
ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə, İranın Körfəzdəki ABŞ bazalarına hücumlar başlatması və Körfəz ölkələrini münaqişəyə cəlb etməsi ilə daha da şiddətləndi.
Reuters agentliyinə danışan iki ABŞ və iki İran rəsmisi, Səudiyyə Ərəbistanının qisas olaraq İrana qarşı çoxsaylı elan edilməmiş hava hücumları həyata keçirdiyi barədə məlumat paylaşıblar.
Səudiyyə Ərəbistanının hücumları Ər-Riyadın İran torpağında birbaşa hərbi əməliyyatlar apardığı ilk məlum hadisə idi. İki Qərb rəsmisi bildirib ki, Səudiyyə Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hücumların mart ayının sonlarında baş verdiyi güman edilir. Rəsmilərdən biri hücumların "Səudiyyə Ərəbistanının bombalanmasına cavab olaraq edilən qisas hücumları" olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az