Görünməyən cəbhə açıldı - Gizli hücumlar olacaq


Yaxın Şərqdə gərginlik yenidən artıb.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, xarici media İran və İsrail arasında açıq müharibədən kənar “görünməyən cəbhə”nin formalaşdığını və tərəflərin gizli əməliyyatlara başladığını yazıb. Xüsusilə pilotsuz aparat hücumları və hava qüvvələrinin hərəkətliliyi bölgədə diqqət çəkir.

Məlumata görə, son günlər bir sıra strateji nöqtələrdə naməlum hücumlar qeydə alınıb. Hərbi ekspertlər bu hadisələrin arxasında regional güclərin dayandığını və qarşıdurmanın artıq “kölgə savaşı” mərhələsinə keçdiyini bildirirlər.

Xəbərlərdə Birləşmiş Ərəb Əmirliklərinin də prosesdə aktiv rol ala biləcəyi iddia olunur. Xüsusilə Fransanın istehsalı olan Mirage döyüş təyyarələrinin bölgədə mümkün istifadəsi ilə bağlı məlumatlar beynəlxalq mediada geniş müzakirə edilir. İran Hərbi Hava Qüvvələrinin arsenalında da Mirage F1 tipli təyyarələrin olduğu qeyd olunur.

Analitiklər hesab edir ki, bölgədə baş verən son hadisələr İran, İsrail və Körfəz ölkələri arasında yeni təhlükəsizlik böhranının başlanğıcı ola bilər. Rəsmi tərəflər isə bəzi iddialarla bağlı hələlik açıq açıqlama verməyib.


MANŞET XƏBƏRLƏRİ