Məşhur türk müğənnisi İbrahim Tatlısəs ilə ailəsi arasında uzun müddətdir davam edən gərginlik yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, səhhətindəki problemlərə görə bir müddət xəstəxanada müalicə alan və daha sonra vəsiyyəti ilə bağlı açıqlamaları ilə diqqət çəkən Tatlısəs indi nəvəsi Baran Karakeçili tərəfindən irəli sürülən iddialarla müzakirə olunur.
Baran Karakeçili sosial şəbəkədə etdiyi paylaşımda babası tərəfindən təhdid edildiyini iddia edib. Onun açıqlamaları qısa müddətdə geniş rezonans doğurub.
Karakeçili paylaşımında bildirib:
“Məni babam İbrahim Tatlısəs ilə əlaqəli olduğu iddia edilən bir şəxs, həmçinin anam və bacım təhdid və təhqir edib.”
O, həmçinin vəkili vasitəsilə hüquqi proses başladacağını qeyd edib:
“Vəkilim dəlillərlə bağlı lazımi hüquqi addımları atacaq və məsələ ilə bağlı cinayət işi açılacaq.”
Aytən Yaşar/ Turkustan.az