8,5 ildən sonra ilk dəfə! Qarşılama mərasimində təəccübünü gizlədə bilmədi - FOTO


Dünyanın diqqəti Pekinə yönəlib. Donald Tramp təxminən 8,5 ildən sonra ilk dəfə Çina rəsmi səfər edib.

Turkustan.az xəbər verir ki, Trampın təyyarəsi Pekinə eniş edərkən həm qlobal bazarlar, həm də diplomatik dairələr səfəri diqqətlə izləyib. İran böhranı, Tayvan gərginliyi və iqtisadi sanksiyalar əsas müzakirə mövzuları kimi göstərilir.

Səfər ABŞ–Çin yüksək səviyyəli görüşləri çərçivəsində keçirilir və 15 maya qədər davam edəcəyi bildirilir. Nümayəndə heyətinə dövlət katibi Marco Rubio, müdafiə naziri Pete Hegset ticarət nümayəndəsi Jamieson Greer və Ağ Evin aparat rəhbəri Stephen Miller daxildir.

Qeyd edilir ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı münasibətlər baxımından vacib olan səfərdə Tramp üçün hazırlanmış rəsmi qarşılanma mərasimi diqqət çəkib.

8,5 ildən sonra ilk dəfə Çinə ayaq basan Tramp qarşılanma mərasimindən təəccüblənib.Qarşılama mərasiminə şahid olan Trampın şən davranışı diqqət çəkib. 

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ