Zelenski: Tramp Çində müharibəni də diqqətə çatdırmalıdır


Volodimir Zelenski bildirib ki, Donald Trampın Çin səfəri zamanı Rusiya–Ukrayna müharibəsinin dayandırılması məsələsinin gündəmə gətirilməsini istəyirlər.

Turkustan.az xəbər verir ki, Zelenski bu fikirləri B9 (Doqquz Qrup) Zirvəsinin açılışında, Buxarestdə etdiyi çıxış zamanı səsləndirib.

O bildirib ki, Ukrayna müharibənin dayandırılması üçün beynəlxalq tərəfdaşlarla, xüsusilə ABŞ-la daimi əlaqədədir:

“ABŞ prezidenti Çində olduğu müddətdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulması məsələsinin müzakirə olunacağına ümid edirik.”

Zelenski həmçinin Avropa və NATO ölkələrinin Rusiyadan gələ biləcək təhlükələrə qarşı daha güclü mövqe sərgiləməli olduğunu vurğulayıb. O, iyul ayında Türkiyədə keçiriləcək NATO Zirvəsi 2025nın Avro-Atlantik əməkdaşlıq üçün vacib mesajlar verəcəyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ