Hantavirusdan sonra yeni bir epidemiya! 1700-dən çox insan karantindədir


Dünya miqyasında hantavirusla bağlı narahatlıqlar davam etdiyi bir vaxtda, ABŞ-a məxsus nəhəng kruiz gəmisində norovirus panikası yaşanıb.

Turkustan.az xəbər verir ki, Fransanın Bordo şəhərinə çatan gəmidə bir sərnişinin ölümündən sonra 1700-dən çox insan karantinə alınıb.

Princess Cruises şirkətinə məxsus Caribbean Princess gəmisində norovirus yayılması qeydə alınıb. ABŞ mediasının məlumatına görə, 28 aprel tarixində səfərə çıxan və Dominikan Respublikası istiqamətində hərəkət edən gəmidə 102 sərnişin və 13 heyət üzvü xəstələnib.

Gəmi Fransanın Bordo şəhərinə çatdıqdan sonra virusa yoluxma şübhəsi ilə bağlı geniş təhlükəsizlik tədbirləri görülüb. Yerli hakimiyyət orqanları 1700-dən çox şəxsin karantinə yerləşdirildiyini açıqlayıb.

Məlumata görə, gəmidə təmizlik və dezinfeksiya işləri gücləndirilib. Xəstə sərnişinlərdən isə laborator analiz üçün nəcis nümunələri götürülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ