28 Mayda Respublika Meydanında keçirilən paraddan sonra, insanların yeni ordunu görüb qürur duyması üçün bütün hərbi texnika gün ərzində Tiqran Mets prospektində düzüləcək.
Turkustan.az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O əlavə edib ki, bu gün Ermənistanın yeni silahları, yeni keyfiyyəti və yeni məntiqi olan yeni ordusu var. Paşinyan vətəndaşları 28 Mayda Respublika Meydanına gəlməyə və hər şeyi öz gözləri ilə görməyə çağırıb:
"Müharibə partiyası"nın 23 başı var idi, biz onları bir-bir kəsdik, indi üçü qalıb və siz bizə qalan üç başı birdəfəlik doğramağa kömək etməlisiniz"./"Yeni Sabah"