ABŞ prezidenti Donald Tramp İranın hərbi uğurları barədə məlumat yayan Amerika media orqanlarını sərt şəkildə tənqid edib və onların fəaliyyətini xəyanətə bərabər adlandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti sosial media hesabında paylaşdığı açıqlamada İranla bağlı xəbərləri işıqlandıran bəzi media qurumlarını saxta xəbər mediası kimi təqdim edib.
Tramp İranın müharibədə hərbi baxımdan uğurlu olduğunu bildirən qəzet və televiziya kanallarına qarşı sərt ifadələr işlədib.
O, açıqlamasında bildirib:
“Saxta xəbər mediası İran düşməninin bizə qarşı hərbi cəhətdən uğur qazandığını deyəndə, bu, xəyanətə bərabər olan yalan və absurd bir iddiadır. Onlar düşmənə kömək edir və ona dəstək verirlər.”
Aytən Yaşar/ Turkustan.az