Son günlər dünyada yayılan hantavirusla bağlı xəbərlər beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.
Atlantik okeanında hərəkət edən “MV Hondius” adlı lüks sərnişin gəmisində qeydə alınan yoluxma halları qlobal səhiyyə sistemlərinin diqqətini yenidən zoonoz viruslara yönəldib. Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqları fonunda bir çox ölkədə insanlar mümkün epidemiya riskini müzakirə etməyə başlayıblar.
Artıq bir neçə ölkədə virusla bağlı məlumatların yayılması insanların yeni epidemiya ehtimalı ilə bağlı suallarını da artırıb. Astroloji baxımdan dünyada epidemioloji risk görünürmü?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli bildirib ki, hazırda dünyada epidemioloji risk gözlənilmir:
“Mənim illik proqnozlarımda bu məsələ ilə bağlı hər hansı təhlükəli astroloji mənzərə müşahidə olunmayıb. Əgər planet miqyasında ciddi və real risk mövcud olsaydı, bu barədə mütləq şəkildə əvvəlcədən xəbərdarlıq edərdim. Hazırkı göstəricilər isə ümumilikdə 2026-cı il üçün insanlıq səviyyəsində kütləvi fəlakət, istər öldürücü virusların geniş yayılması, istərsə də nüvə partlayışı kimi ekstremal ssenarilər gözlənilmir.
Bununla yanaşı, yerli səviyyədə mövsümi xəstəliklərin, xüsusilə də Azərbaycanda müşahidə olunan “may qripi” kimi virus infeksiyalarının yayılmasını daha real və diqqət tələb edən sağlamlıq məsələsi kimi qiymətləndirirəm”.