Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI


"Məmnunam ki, əməkdaşlığımız enerji, müdafiə sənayesi və turizm daxil olmaqla digər sahələrdə də inkişaf edir. Ölkələr insanlar sərbəst şəkildə hərəkət edib qarşılıqlı əlaqə qurduqda ən effektiv şəkildə yaxınlaşırlar".

Turkustan.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Bu baxımdan qeyd etmək vacibdir ki, bu ilin oktyabr ayından etibarən "Wizz Air" Bratislava ilə Bakı arasında həftədə üç dəfə birbaşa uçuşlar həyata keçirəcək", - deyə sədr əlavə edib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ