Çin İran müharibəsindən qazanc çıxarır: Asiya Pekindən daha çox asılı olur


ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar qlobal enerji balansına təsir göstərərkən, bu prosesdən ən çox faydalanan ölkələrdən birinin Çin olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, The New York Times qəzetinin təhlilinə görə, Yaxın Şərqdə artan gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər Asiya ölkələrinin enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlarını artırıb.

Məlumata əsasən, Çin uzun illər ərzində həm geniş neft ehtiyatları toplamaq, həm də bərpa olunan enerji texnologiyalarına böyük investisiyalar yatırmaqla region ölkələri üzərində iqtisadi təsir imkanlarını gücləndirib.

Qəzet yazır ki, Pekin hazırkı vəziyyətdən istifadə edərək bərpa olunan enerji texnologiyalarını Asiya bazarına daha geniş şəkildə ixrac edir və bununla da enerji çatışmazlığı yaşayan ölkələrin Çindən asılılığını artırır.

Təhlildə qeyd olunur ki, İrandakı müharibə uzandıqca Çin alternativ enerji sahəsindəki üstünlüyündən istifadə edərək regiondakı siyasi və iqtisadi təsirini daha da genişləndirə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ