İran dünyanın ən vacib enerji tranzit marşrutlarından biri olan Hörmüz boğazı üzərində gəmi hərəkətinə nəzarəti gücləndirmək üçün yeni tədbir elan edib.
Turkustan.az xəbər verir ki, İran dövlət mediasının məlumatına görə, boğazdan keçmək istəyən bütün gəmilər bundan sonra İran hakimiyyət orqanlarından elektron poçt vasitəsilə icazə almalı olacaqlar.
Tehran administrasiyası bu sistemi “suveren idarəetmə modeli” kimi təqdim etsə də, onun tətbiqi regionda artan dəniz gərginliyində yeni mərhələ kimi qiymətləndirilir.
Bu addım ABŞ prezidenti Donald Tramp-ın Hörmüz boğazında başladılan “Azadlıq” əməliyyatının müvəqqəti dayandırıldığını açıqlamasından dərhal sonra atılıb. Tramp sosial media hesabında paylaşım edərək bildirib ki, Pakistan və bəzi digər ölkələrin çağırışları nəticəsində İranla aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub və buna görə əməliyyat müvəqqəti olaraq dayandırılıb.
Aytən Yaşar/ Turkustan.az