Xəbər verdiyimiz kimi, ötən gün Bakının Xətai rayonunda 2007-ci il təvəllüdlü Yusif Atalay və 14 yaşlı qız dəm qazından zəhərlənib. Kirayə evdə baş verən hadisə zamanı 19 yaşlı Yusif ölüb, yeniyetmə qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Yusif Atalay kriminal aləmə meyilli olması ilə diqqət çəkib. Onun bədənindəki kriminal aləmə aid müxtəlif döymələr bunu deməyə əsas verir.
Yusif Atalay daha əvvəl iki dəfə moped oğurlayıb. Sonradan isə dəymiş zərəri ödəyib.
Kirayə evdə baş verən hadisə zamanı onunla birlikdə dəm qazından zəhərlənən yeniyetmə qız isə əslən Yevlax rayonundandır. O, Bakıda dilənçiliklə məşğul olub, tufeyli həyat tərzi keçirib.
Yeniyetmə qız bu müddətdə xırda oğurluqlarla yadda qalıb.
Qeyd edək ki, Yusif Atalay 2004-cü ildə üç yaşında həyatını itirən bacısının yanında dəfn edilib./Teleqraf