Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın qısamüddətli atəşkəs təklifi ilə bağlı detalların aydınlaşdırılması üçün ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlamağı tapşırıb.
Turkustan.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Zelenski açıqlama verib.
O bildirib ki, Ukrayna sülhə can atır və müharibənin real şəkildə başa çatması üçün zəruri diplomatik işi aparır.
“Nədən söhbət getdiyini konkret aydınlaşdıracağıq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlikdən, yoxsa daha böyük bir şeydən? Bizim təklifimiz uzunmüddətli atəşkəsə nail olmaq, insanlar üçün etibarlı təhlükəsizliyə və davamlı sülhə zəmanət verməkdir”, - deyə Ukrayna Prezidenti bildirib.
Zelenski əlavə edib ki, Ukrayna bu məqsədlə istənilən layiqli və səmərəli formatda işləməyə hazırdır.