ABŞ İrana qarşı dəhşətli silahını işə salacaq


ABŞ-ın İrana qarşı ilk dəfə hipersəs raketindən istifadə ehtimalı gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, "Bloomberg" nəşrinin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın mövcud hərbi aktivlərin təsir radiusundan kənarda yerləşən buraxılış qurğularını hədəfə almaq üçün Yaxın Şərqə “Dark Eagle” hipersəs raket sisteminin yerləşdirilməsini təklif edib. Lakin məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib.

Məlumata əsasən, qərar təsdiqlənərsə, bu, ABŞ-ın tarixində hipersəs raketinin real əməliyyat şəraitində ilk yerləşdirilməsi olacaq.

“Dark Eagle” sistemi yüksək texnoloji xüsusiyyətləri ilə seçilir. Raketin uçuş məsafəsi 2700 kilometrdən (1725 mil) artıqdır, səs sürətini beş dəfədən çox üstələyir və müasir hava hücumundan müdafiə sistemlərini aşmaq üçün manevr imkanlarına malikdir.

Bildirilir ki, hər bir belə raketin dəyəri təxminən 15 milyon ABŞ dollarıdır və hazırda bu tip raketlərin sayı məhduddur. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ