“Süni intellekt “Terminator”dakı kimi hər kəsi öldürə bilər” − Mask


Amerikalı milyarder İlon Mask, süni intellektin (Sİ) “Terminator” filmində təsvir olunduğu kimi, bəşəriyyətin sonuna səbəb ola biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə o, “OpenAI”yə qarşı iddiası ilə bağlı məhkəmədə bildirib.

“Biz bunun “Terminator”kimi bitməsini istəmirik. Biz bunun Cin Roddenberrinin “Star Trek”i kimi bitməsini istəyirik”, - Mask deyib.

Saxibkar qeyd edib ki, 2015-ci ildə “OpenAI”nin baş direktoru Sem Altmanla süni intellektdən pis adamlardan necə qorunmaq barədə müzakirə aparıb. Milyarderin sözlərinə görə, onun narahatlıqları “Google”ın həmtəsisçisi Larri Peyc ilə görüş zamanı daha da artıb. Larri Peyc Maskı insanları gələcək rəqəmsal həyat formalarından üstün tutmaqda günahlandırıb.

Xatırladaq ki, Mask və Altman, İlya Stsukever, Qreq Brokman və bir neçə başqası ilə birlikdə 2015-ci ilin dekabrında “OpenAI”ı təsis ediblər. Mask şirkətin direktorlar şurasında çalışıb, lakin 2018-ci ildə ayrılıb. 2023-cü ilin yazında o, xAI adlı süni intellekt startapını təsis edib. 2024-cü ilin mart ayında Mask, şirkətin kommersiyalaşdırılması ilə bağlı “OpenAI” və Altmana qarşı məhkəmə iddiası qaldırıb. Milyarder iddia edir ki, Amerika texnologiya nəhəngi “Microsoft” tərəfindən dəstəklənən “OpenAI”nin mənfəətə yönəlməsi, Maskın həmtəsisçi kimi imzaladığı 2015-ci il müqaviləsi ilə ziddiyyət təşkil edir. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ