ABŞ prezidenti Donald Tramp İranla əlaqələrin telefon vasitəsilə davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp İranla danışıqların davam etdiyini vurğulayıb. O qeyd edib ki, artıq uzun uçuşlar etməyə ehtiyac qalmır və müzakirələr telefonla aparılır.
Tramp üzbəüz görüşlərə üstünlük verdiyini deyərək, hər hansı mümkün razılaşmanın İranın nüvə silahı əldə etməkdən tam imtina etməsindən asılı olduğunu bir daha xatırladıb.
Qeyd edək ki, ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasından və vasitəçiliklə aparılan danışıqların nəticəsiz qalmasından sonra ABŞ-ın bölgədə yeni addımlar atdığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az