İsrail şokdadır! Hizbullah bu silahı ilk dəfə döyüşdə istifadə etdi


İsrail ilə Hizbullah arasında son toqquşmalarda yeni tip silahdan istifadə edildiyi bildirilir.

Turkustan.az xəbər verir ki, məlumata görə, Hizbullah İsrailin şimalı ilə Livan sərhədi boyunca elektron maneə sistemlərindən təsirlənməyən kiçik fiber-optik dronlar tətbiq etməyə başlayıb.

Bu dronların operatora çox nazik, diş ipinə bənzər kabellərlə qoşulduğu və klassik uzaqdan idarə olunan sistemlərdən fərqli olaraq radio siqnallarla işləmədiyi qeyd olunur. Buna görə də elektron müdaxilə və siqnal pozma üsulları bu dronlara təsir göstərmir.

Normal şəraitdə bir çox dron siqnal itkisi və ya maneə səbəbindən fəaliyyətini dayandırır və ya geri qayıdır. Lakin fiber-optik dronlarda fiziki kabel bağlantısı olduğu üçün bu risk minimuma enir və elektron sistemlər onları sıradan çıxara bilmir.

İsrail hərbi rəsmilərindən biri bu texnologiyanın son münaqişələrdə ortaya çıxan yeni təhlükələrdən biri olduğunu bildirib. Onun sözlərinə görə, Hizbullah İsrailin hava hücumundan müdafiə sistemlərinin əsasən raketlərə və ənənəvi dronlara qarşı effektivliyini nəzərə alaraq bu tip kiçik və çətin aşkarlanan sistemlərə yönəlib.

Həmçinin qeyd edilir ki, bu dronların istehsalının nisbətən sadə olduğu, hazır hissələr və kommersiya məqsədli materiallardan istifadə edilərək hazırlana bildiyi ehtimal olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ