Tramp istehza etdi, Oval Ofis donub qaldı


ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə NASA-nın “Artemis II” missiyasında iştirak edən astronavtlarla görüşüb.

Turkustan.az xəbər verir ki, görüş zamanı NASA-nın gələcəyi və qurumun Vaşinqtondakı qərargahının başqa ştata köçürülməsi ehtimalı da müzakirə olunub.

Jurnalistlərdən biri NASA qərargahının icarə müddəti bitdikdən sonra köçürülüb-köçürülməyəcəyini soruşub. Qeyd olunub ki, Texas, Ohayo və Florida kimi ştatlar bu istiqamətdə maraq göstərir.

Sualı cavablandırmaq üçün Tramp NASA administratoru Cared İsaakmana yönəlib və onun bu barədə daha uyğun şəxs olduğunu deyib. Ardınca zarafatla İsaakmana müraciət edərək “Sualı o gözəl qulaqlarınızla eşitdinizmi?” ifadəsini işlədib.

Tramp daha sonra İsaakmanın yaxşı eşitmə qabiliyyətinə sahib olduğunu qeyd edib. İsaakman isə qısa şəkildə “Əslində, cənab” deyə cavab verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ