İran beynəlxalq sanksiyalardan yayınmaq üçün 800 milyon dollarlıq böyük neft qaçaqmalçılığı sxemindən istifadə edir.
Turkustan.az xəbər verir ki, məlumatı Fox News yayıb.
Bildirilir ki, tankerlər dəniz blokadasından yayınmaq üçün özlərini İraq gəmiləri kimi göstərirlər.
Dəniz süni intellektində ixtisaslaşmış Windward AI şirkətindəın kanala bildiriblər ki, Tehran dənizdə mürəkkəb kamuflyaj sistemi hazırlayıb: ABŞ sanksiyaları altında olan tankerlər yer məlumatlarını saxtalaşdırırlar. Onlar siqnalları sanki İraq sahillərində lövbər salmış kimi ötürürlər. Əslində, bu gəmilər İran limanlarında gizli şəkildə yük daşıyırlar.
Kəşfiyyat dörd nəhəng VLCC tankerini müəyyən edib:
Alicia (IMO 9281695);
RHN (IMO 9208215);
Star Forest (9237632);
Aqua (IMO 9248473).
Bu gəmilər Kyurasao və Malavi kimi ölkələrə aid "saxta reyestrlərdən" istifadə edir.
Hər bir VLCC təxminən 2 milyon barel neft tuta bilər. Bu o deməkdir ki, onlar birlikdə hazırkı qiymətlərlə hesabladıqda 800 milyon dollar dəyərində 8 milyon barel neft daşıyır.
Analitiklər Hörmüz boğazının qərbində bir qrup lokasiyasını saxtalaşdıran tanker ediblər. 10 tankerdən ibarət qrup özləri üçün saxta kimlik yaradır. Gəmilər İraq limanlarına təyinat mesajları göndərirlər, lakin onların əsl təyinat yeri İrandır: "İraq limanlarına saxta təyinat mesajları göndərməklə, tankerlər İraq sularında olduqları görüntüsü yaradır, sanksiyalı neft yükləmək üçün gizlicə İrana üzürlər"./Musavat.com