Trampın gözlədiyi xəbər gəldi: Vaxtı da təyin edildi


İranın ABŞ ilə mövcud böhrana son qoymaq üçün yeni sülh təklifi hazırladığı bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ mətbuatının yaydığı xəbərlərə əsasən, Tehran administrasiyasının cümə gününə qədər yenilənmiş təklifini Vaşinqtona təqdim etməsi gözlənilir. Təklifin əvvəlkindən daha geniş olub-olmayacağı isə hələlik məlum deyil.

Ağ Ev İranın bundan əvvəl təqdim etdiyi yazılı sülh təklifini qəbul etməyib. Vaşinqton administrasiyası sənəddə İranın nüvə ehtiyatları və uran zənginləşdirmə fəaliyyətlərinin danışıqlara daxil edilmədiyini bildirib. Məlumata görə, ilkin təklif əsasən Hörmüz boğazı və dəniz blokadası məsələlərini əhatə edib. ABŞ isə nüvə proqramı üzrə razılaşma olmadan hər hansı anlaşmanın mümkün olmadığını vurğulayıb.

ABŞ administrasiyası Hörmüz boğazı ətrafında tətbiq edilən dəniz blokadasını İranı danışıqlara qaytarmaq üçün əsas təzyiq vasitələrindən biri kimi qiymətləndirir. Vaşinqtonun fikrincə, bu addım İranın neft gəlirlərini məhdudlaşdıraraq iqtisadi təzyiqi artırır və daha geniş razılaşmaya nail olmaq üçün təsirli alət rolunu oynayır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ