Fəlakət ssenarisi gerçəkləşdi! Artıq dayandırmaq mümkün deyil


ABŞ-İsrail- İran münaqişəsi fonunda Hörmüz boğazının bağlanmasından sonra qiyməti artmağa başlayan Brent markalı xam neft üçün qorxulu nəticə baş verdi.

Turkustan.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti rəsmi olaraq kəskin şəkildə artdı.

Dünən bareli 104,4 dollardan bağlanan Brent markalı neftin fyuçersləri 7 faiz artaraq 118 dollara çatıb.

Qiymətlərin artmasına ABŞ prezidenti Donald Trampın müşavirlərinə İran limanlarının daha uzunmüddətli dəniz blokadasına hazırlaşmaq barədə göstəriş verməsi xəbəri təsir edib .

“Wall Street Journal” (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Tramp İran rejimini nüvə proqramından imtina etməyə məcbur etmək məqsədilə İranın neft gəlirlərini və iqtisadi resurslarını hədəf alan təzyiqləri davam etdirmək qərarına gəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ